Fövqəladə hallar naziri İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət risklərinin idarə olunması üzrə VIII nazirlər konfransında iştirak edib
17.03.2021 [16:14]
Xəbərin mətni
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 17-də İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət risklərinin idarə olunması üzrə VIII Nazirlər konfransında iştirak edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, videokonfrans şəklində keçirilmiş beynəlxalq tədbirdə, həmçinin Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Özbəkistanın fövqəladə halların idarə olunmasına cavabdeh olan dövlət qurumlarının rəhbər şəxsləri iştirak ediblər.