CƏMİYYƏT


Füzulidə erməni təxribatına məruz qalan 150-yə yaxın yaşayış və qeyri-yaşayış obyektinin təmiri başa çatıb

Müharibə zamanı Füzulidə erməni təxribatına məruz qalan evlərin tikinti və təmir-bərpası davam edir. Bir çox evdə işlər yekunlaşıb və sahiblərinə təhvil verilib, digərlərində isə işlər aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşmənin dinc əhalinin yaşadığı əraziləri atəşə tutması zamanı onlarla ev, sosial obyekt dağılıb. Hazırda həmin evlərin tikinti və bərpası davam edir. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq tikinti-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır