CƏMİYYƏT


Şanlı Qələbənin izi ilə - AZƏRTAC-ın Füzuli və Xocavənddən reportajı

Çəkiliş qrupumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin martın 15-də səfər etdiyi ərazilərdə olub.Rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsini şanlı Qələbə ilə başa çatdırdı. Böyük qələbədən qısa müddət keçməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərimizin bərpasına, bir sıra infrastruktur layihələrinin reallaşdırılmasına başlanılıb. İşğaldan azad olunmuş ərazilərə mütəmadi səfər edən dövlətimizin başçısı ermənilərin vəhşiliyinə məruz qalmış şəhər və kəndlərimizin bərpası istiqamətində tapşırıqlarını verir, önəmli layihələrin təməlini qoyur.