DÜNYA


YPG/PKK tərəfindən Suriyadan Türkiyə ərazisinə iki raket atılıb

Suriyanın YPG/PKK terror təşkilatının işğalı altında olan Tel Rıfat bölgəsindən Türkiyə ərazisinə iki raket atılıb.AZƏRTAC xəbər verir ki, raketlər Türkiyənin Kilis vilayətinin Eski Beşevler məhəlləsində boş əraziyə düşüb.Raketlərin zərərsizləşdirilməsi üçün bölgəyə mütəxəssislər və çox sayda polis əməkdaşı cəlb olunub.
Bölgəyə gələn şəhər rəhbərliyi və Türkiyənin Milli Müdafiə Nazirliyinin əməkdaşları hadisə yerində araşdırma aparırlar.Nazirlikdən bununla bağlı verilən açıqlamada hadisə zamanı xəsarət alanların olmadığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır