CƏMİYYƏT


Şəhid ailələri və qazilərimizə Novruz sovqatlarının paylanılmasına başlanılıb

“YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılmasına başlanılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, sosial təşəbbüs “Gilan Tekstil Park” MMC, “Bakcell”, “Nar”, “Sinteks” MMC, “World Telecom”, “Slavyanka”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Rabitəbank”, “Bank of Baku”, “Turanbank”, "Fairmont Bakı" Oteli, “OVEN” və “Özsüt” şirkətlərinin dəstəyi ilə reallaşdırılır.