SİYASƏT
Qubadlı rayonunda Ermənistanla dövlət sərhədində yeni hərbi hissə fəaliyyətə başlayıb
19.03.2021 [18:02]
Martın 19-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə - sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə Xidmət rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb. Çıxışda tədbirin Vətən müharibəsində xalqımızın haqq mübarizəsinin tarixi zəfərlə başa çatması, şanlı qələbənin coşqusunun yaşandığı dövrə, eləcə də milli-mənəvi irsimizin və ənənələrimizin rəmzi sayılan Novruz bayramı ərəfəsinə təsadüf etməsi xüsusi vurğulanıb.
11.12.2023 [14:36]
11.12.2023 [09:50]
11.12.2023 [09:41]
10.12.2023 [18:37]
11.12.2023 [15:06]
11.12.2023 [17:56]
11.12.2023 [17:49]
10.12.2023 [16:54]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]