DÜNYA


Yaponiyada helikopter qəzaya uğrayıb

Yaponiyanın Naqano prefekturasında helikopter qəzaya uğrayıb."NHK" telekanalının verdiyi məlumata görə, qəza nəticəsində altı nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır.Bildirilir ki, faktla bağlı Yaponiyanın Nəqliyyat Təhlükəsizliyinə Nəzarət Komitəsi araşdırma aparır, qəzanın səbəbi açıqlanmır.