CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 2 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb
29.03.2021 [13:07]
Son sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 11 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 halda sursatın aşkarlanması faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 nəfər yanıq xəsarəti alıb. Həmçinin tank əleyhinə 2 ədəd “TM-62M” təlim minası ərazidən götürülərək kənarlaşdırılıb.
11.12.2023 [14:36]
11.12.2023 [09:50]
11.12.2023 [09:41]
10.12.2023 [18:37]
11.12.2023 [15:06]
11.12.2023 [17:56]
11.12.2023 [17:49]
10.12.2023 [16:54]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]