CƏMİYYƏT


Sabah paytaxtda 14° isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 12-14° isti, Bakıda gecə 6-8°, gündüz 12-14° isti olacaq.