CƏMİYYƏT


Lənkəranda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev AZƏRTAC-a bildirib ki, bu məqsədlə qapalı və açıq məkanlarda, ictimai nəqliyyatda keçirilən reydlər zamanı əksər insanların tibbi maska ilə bağlı tələblərə əməl etdiyi müşahidə olunsa da, bəzi vətəndaşların özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik nümayiş etdirərək tibbi maskadan istifadə etmədiyi müəyyənləşib.