İQTİSADİYYAT


Göygöldə fermerlərin üzləşdikləri suvarma problemləri aradan qaldırılır

Göygöl rayon Haçaqaya kəndinin su probleminin aradan qaldırılması üçün Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən yeni suartezian quyusu qazılır, həmçinin Göygöl və Gəncə ərazisindən keçən Xanarxın torpaq hissəsi beton üzlüyə alınır. Sel və daşqınların qarşısını almaq üçün Gəncəçay, Kürəkçay və Qoşqarçayın məcralarının təmizlənməsi işləri də davam etdirilir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, digər şəhər və rayonlarda olduğu kimi, Gəncə və Göygöldə də əhalinin və fermerlərin suvarma sahələrində çətinliklərinin yaranmaması istiqamətində lazımi işlər görülür. Göygöl Suvarma Sistemləri İdarəsi tərəfindən hazırda Gəncəçayın sahilində bənd və çayın məcrasının təmizlənilməsi işləri aparılır.