İQTİSADİYYAT


“Azərişıq” sahibkarlar üçün videobələdçi hazırlayıb

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) elektrik şəbəkəsinə qoşulmaq istəyən sahibkarlar üçün videobələdçi hazırlayıb.ASC-dən AZƏRTAC-a bildirilib ki, qurum sahibkarların işini daha da rahatlaşdırmaq və şəffaflığı təmin etmək üçün bütün müraciət prosesini elektronlaşdırıb. Nəticədə sahibkarın “Azərişıq” əməkdaşı ilə heç bir fiziki təması olmadan şəbəkəyə qoşulmaq üçün müraciəti qeydə alınır.