İQTİSADİYYAT


Rəqəmsal kənd təsərrüfatı: fermerlərə meyvə bağlarında üzləşə biləcəkləri risklərlə bağlı SMS bildirişlər göndərilir

İqlim stansiyaları bitkilərin inkişaf prosesində xəstəlik və zərərvericilərin inkişaf fazasını müşahidə etməyə, buna uyğun olaraq sahə işlərini vaxtında və düzgün proqnozlaşdırmağa imkan verən müasir innovativ sistemdir. Qeyd olunan sensorlar havanın temperaturu, rütubət səviyyəsi, yağış miqdarı, yarpaq nəmi və yağıntıların düşmə vaxtı, küləyin sürəti barədə məlumatları toplayır və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən analiz olunur. Fermerlər bitki xəstəlik və zərərvericilərinə qarşı işlərini bu məlumatları nəzərə almaqla planlaşdırırlar. Nəticədə xəstəlik və zərərvericilərə qarşı mübarizənin effektivliyi artır, məhsul istehsalı çoxalır, fermerlər xərclərini optimallaşdıra bilirlər.