İQTİSADİYYAT


Kombayn mexanizatorlarına ödənişsiz təlimlər keçirilib

“Aqroservis” ASC-nin Yevlax regional nümayəndəliyinin nəzdində fəaliyyət göstərən təlim-tədris mərkəzində kombayn mexanizatorlarına ödənişsiz təlimlər keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə təşkil olunan təlimlərə “New Holland TC 4.90” markalı taxılyığan kombaynları idarə edəcək 90 mexanizator cəlb olunub. Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən videogörüntü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada təşkil edilib. Mexnizatorlara kombaynın idarə edilməsi, təmir işlərinin aparılma qaydaları əyani nümayiş olunub.