Bakıda Qafqazın ən böyük tikinti materialları mərkəzi inşa edilir
02.04.2021 [14:29]
Abşeron Logistika Mərkəzinin törəmə şirkəti olan Abşeron Tikinti Materialları Mərkəzinin inşası sürətlə davam etməkdir. Ərazisinə və infrastrukturuna görə bura Qafqazın ən böyük inşaat materialları mərkəzidir. Yaxın zamanlarda Abşeron TMM-in fəaliyyətə başlaması minlərlə yeni iş yerlərinin yaradılması sahibkarlığın inkişafına təkan verəcək. Bu da ölkədə insanların rifah halının yüksəlməsinə, yaşayış səviyyəsinin daha da yaxşılaşmasına dəstək olacaqdır. Abşeron TMM tam təmirli, qapalı, yarımqapalı, açıq tipli mağazaların, anbarların, istehsalat sahələrinin satış və icarəsini həyata keçirir. İnsanların rahatlığını təmin etmək məqsədilə avtodayanacaq, kafe və restoranlar, idman kompleksi, tibb məntəqələri, laboratoriyalar, otellər və digər iaşə obyektləri də istifadəyə veriləcək. Mərkəzin inşasında yanğınadavamlı materiallardan istifadə olunması mağazaların və malların sığortalanmasına zəmin yaradır. Burada 7/24 formatında ən son texnologiyalara əsaslanan kamera nəzarəti və yanğından mühafizə xidməti sahibkarlar üçün etibarlı və ən əsası sığortalı mühit yaradır.