Araz çayında brokonyerlər tərəfindən tələyə salınan balıqlar suya qaytarılıb
03.04.2021 [13:24]
Xəbərin mətni
Araz çayının İmişlidən keçən hissəsində qanunsuz balıq ovuna qarşı reyd keçirilib. Reyd zamanı balıq ovunda istifadə edilməsi qadağan olunan sintetik torlar yığışdırılıb və xeyli sayda balıq suya qaytarılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Araz çayında brokonyerlərə qarşı təşkil olunan reyd Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və həvəskar balıqçıların iştirakı ilə keçirilib. Hətta qanunsuz ova qarşı çıxan ətraf rayonlardan gələn balıqçılar da olub.