SİYASƏT


Prezident İlham Əliyev: Biz bundan sonra meliorativ tədbirləri dədə-baba üsulu ilə apara bilmərik

Sizin qarşınızda duran vəzifələrdən biri çatışmazlıqların aradan qaldırılması, idarəetmədə müasir yanaşmanın tətbiq edilməsi, müasir texnologiyaların ölkəmizə gətirilməsidir. Çünki biz bundan sonra meliorativ tədbirləri, necə deyərlər, dədə-baba üsulu ilə apara bilmərik. Dünyanın bu sahədə ən müasir texnologiyaları Azərbaycana gətirilməlidir, sudan səmərəli istifadə edilməlidir.AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən çıxışında bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır