DÜNYA


Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

Türkiyənin Konya vilayətində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “1xNF-5” təyyarəsi qəzaya uğrayıb.AZƏRTAC xəbər verir ki, hadisə şəhərin Karatay rayonu yaxınlığında baş verib.Qəza Türkiyənin Hərbi Hava Qüvvələrinin akrobatik komandasının türk ulduzlarının təyyarələrinin məşqi zamanı baş verib.
Hadisə yerinə xilasedici və təcili tibbi yardım briqadaları cəlb olunub.Pilotun axtarışları davam edir.