Tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir
08.04.2021 [17:08]
Xəbərin mətni
Azərbaycan Ordusunun 2021-ci il üçün hazırlıq planına uyğun olaraq tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tank heyətləri nəzəri bilikləri mənimsədikdən və təhlükəsizlik qaydalarını öyrəndikdən sonra taktiki, atəş hazırlığı və döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayıblar.