SİYASƏT


Bakıda Türk Şurasının informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçirilir

Aprelin 9-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının(Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısı çərçivəsində informasiya və media sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibinin müavini Qismət Gözəlov çıxış edərək toplantının Qarabağ Zəfərindən sonra nazirlər səviyyəsində Bakıda keçirilən ilk tədbir olduğunu bildirib.