CƏMİYYƏT


Çinarları qırılan, sərvəti talan olunan Zəngilan...

Ermənistanla sərhəddə yerləşən Zəngilan rayonu 1930-cu il avqustun 30-da yaradılıb. Bir şəhər, 5 qəsəbə və 79 kəndin daxil olduğu rayonun ümumi ərazisi 730 kvadratkilometr, əhalisi 45 min 291 nəfərdir. 1993-cü il oktyabrın 29-da Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunan rayon ötən il oktyabrın 20-də Rəşadətli Ordumuz tərəfindən düşmən işğalından azad edilib. Otuz ilə yaxın davam edən işğal dövründə erməni vandalları rayonun təbiətinə ciddi ziyan vurub, dəhşətli ekoloji terror tərədiblər.