Azərbaycan Dövlət İnformasiya Agentliyi

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV

05.10.2026 [11:24]

Xəbərin mətni

Özbəkistanda “Üstyurt” layihəsi üzrə seysmik işlər yekunlaşıb. Seysmik məlumatların, dataların interpretasiyası həyata keçirilir. Gələn il ərzində hər şey uğurlu şəkildə davam edərsə, hətta ilk kəşfiyyat quyusunun qazılması da nəzərdə tutula bilər. Bunu AZƏRTAC-a müsahibəsi zamanı bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.