SİYASƏT


Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti ilə görüşüb

Aprelin 9-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırla görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyasına uğurla sədrlik etməsi münasibətilə Volkan Bozkırı təbrik edib. Pandemiyaya rəğmən sədrliyin çox fəal şəkildə həyata keçirildiyi qeyd olunub və bu xüsusda, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə Baş Assambleyanın sədrliyinin dəstəyi məmnunluqla vurğulanıb.