Naxçıvan Qarnizonu Qoşunlarının komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib
09.04.2021 [16:52]
Xəbərin mətni
Naxçıvan Qarnizonu Qoşunlarının “2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələlər Əlahiddə Ümumqoşun Ordunun birinci eşelon birləşmələrinin müdafiə zolağında müdafiə və əks-hücum tapşırıqlarının yerinə yetirilməsi mövzuları üzrə taktiki və taktiki-sıra formasında keçirilib.