SİYASƏT
Hərbi qulluqçular arasında 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib
09.04.2021 [17:19]
Hərbi qulluqçular arasında Naxçıvan Qarnizonu üzrə 3 min metr məsafəyə hərbiləşdirilmiş kross birinciliyi keçirilib.
16 komandanın 48 idmançısı arasından 3 min metr məsafədə hərbiləşdirilmiş kross birinciliyinin bütün tələblərinə ən qısa zamanda əməl edənlər qalib gəliblər. Komanda hesabında 1-ci və 3 cü yerlərə xüsusi təyinatlılar, 2-ci yerə isə motoatıcılar layiq görülüb. Fərdi hesabda 1-ci yerdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu Mahir İbrahimov, 2-ci yerdə əsgər Aqşin Hüseynov, 3-cü yerdə isə əsgər Qurban Allahverdiyev qərarlaşıb. Qaliblərə Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən kubok, fəxri fərman və diplomlar təqdim edilib.
06.12.2023 [20:57]
06.12.2023 [10:39]
09.12.2023 [15:26]
09.12.2023 [13:12]
09.12.2023 [13:04]
06.12.2023 [15:46]
05.12.2023 [23:34]
02.11.2023 [17:33]