DÜNYA


“Alibaba” şirkəti 2,79 milyard dollar cərimələnib

Çinin Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası inhisarçılıq fəaliyyətinə görə ölkənin ən iri elektron ticarət şirkəti olan “Alibaba Group”u 18,22 milyard yuan (təxminən 2,79 milyard ABŞ dolları) cərimələyib.
AZƏRTAC administrasiyanın açıqlamasına istinadla xəbər verir ki, qurum “Alibaba”dan məxsusi işgüzar sövdələşmələr də daxil olmaqla bütün inhisar təcrübəsini dayandırmağı tələb edib.