DÜNYA


Hindistan COVID-19 virusuna yoluxma antirekordunu yeniləyib

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 145 min 384 yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə Hindistanda qeydə alınan gündəlik ən çox yoluxma sayıdır.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən gün Hindistanda son həftə ərzində 100 mindən çox yoluxmanın aşkarlandığı 5-ci sutka, antirekordun qeydə alındığı ardıcıl 4-cü sutkadır. Ötən gün dünyada ən çox yoluxma da məhz Hindistanın payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır