SİYASƏT


Hikmət Hacıyev: Sosial şəbəkələrdə feyk xəbərlərin tirajlanmasına qarşı Türk Şurası çərçivəsində birgə fəaliyyət vacib məsələdir

Müasir dövrün ən problemli məsələlərindən biri də sosial şəbəkələrdə feyk xəbərlərin tirajlanmasıdır. Düşünürəm ki, Türk Şurası çərçivəsində bu sahədə də birgə fəaliyyət vacib məsələdir.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.