Fahrettin Altun: Rəqəmsal faşizmlə mübarizə aparmaq olduqca vacibdir
10.04.2021 [17:11]
Xəbərin mətni
Bu il Türk Şurasının ilk Zirvə görüşünün keçirilməsindən 12 il ötür. Ötən müddət ərzində Türk Şurası artıq dünyada önəmli bir platformaya çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun aprelin 10-da Bakıda keçirilən Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında deyib.