CƏMİYYƏT


Sabah bəzi yerlərdə qısamüddətli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11°, gündüz 15-19° isti, Bakıda gecə 9-11°, gündüz 17-19° isti olacaq.