Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sabah Bakıda 21 dərəcə isti olacaq

15.04.2021 [13:51]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12°, gündüz 18-22° isti, Bakıda gecə 10-12°, gündüz 19-21° isti olacaq.