İQTİSADİYYAT


Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib

Aprelin 17-də Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına başlanıb.
Yeni qurulacaq heyvan kəsimi məntəqəsi işğaldan azad olunmuş ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunması, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək. İnşasına başlanan yeni heyvan kəsimi məntəqəsi zoonoz xəstəliklərin nəzarətdə saxlanılması, heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.