Ağcabədidə bir neçə yolun yenidən qurulması işləri sonuncu mərhələ üzrə davam edir
19.04.2021 [12:56]
Xəbərin mətni
Prezident İlham Əliyevin Ağcabədi rayonunun Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun tikintisi ilə bağlı Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq yenidənqurma işləri son mərhələ üzrə davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 41 kilometr olan və Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yolları başlanğıcını respublika əhəmiyyətli Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun müxtəlif kilometrlik hissələrindən götürür.