SİYASƏT


Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində elmi-praktiki seminar keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün Bakı Dövlət Universiteti və Psixologiya Elmi-Tədqiqat İnstitutu əməkdaşlarının “Təşəbbüs" qrupu tərəfindən elmi-praktiki seminar keçirilib.Seminarın əsas məqsədi dinləyicilərin hərbi psixologiya sahəsində ixtisas hazırlığının təkmilləşdirilməsi, psixoloji işə dair yeni üsul və vasitələrin düzgün tətbiqi qaydalarının aşılanması, həmçinin onların peşəkarlıq səviyyəsinin yüksəldilməsindən ibarət olub.Seminar zamanı müxtəlif mövzularda müzakirələr təşkil edilib, hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi və hərbi kollektivlərdə sosial-psixoloji, o cümlədən müharibədən sonrakı psixoloji proseslərin öyrənilməsi mövzularında mühazirələr oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır