İQTİSADİYYAT


Yeni iş yerləri, yerli istehsala dəstək və ixrac imkanlarının artması
Hacıqabul Sənaye Məhəlləsindən reportaj

Azərbaycanda regionların inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün bir sıra mühüm layihələr həyata keçirilir. Ölkəmizdə sənaye məhəllələrinin yaradılması da bu sıradandır. Növbəti sənaye məhəlləsi Hacıqabulda yaradılıb. Bu, ölkədə üçüncü sənaye məhəlləsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin aprelin 20-də açılışında iştirak etdiyi Hacıqabul Sənaye Məhəlləsində qeydiyyatdan keçən 10 rezidentdən 5-i artıq istehsal prosesinə başlayıb. Burada 100-dən çox daimi iş yeri yaradılıb.