İQTİSADİYYAT


Hövsan qəsəbəsində İlqar Əhlimanov küçəsinin bir hissəsi təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, Suraxanı rayonunda 2021-ci il İnvestisiya Proqramına uyğun olaraq təmiri nəzərdə tutulan küçələrdən biri Hövsan qəsəbəsinin İlqar Əhlimanov küçəsi idi ki, AAYDA tərəfindən burada əsaslı yenidənqurma işləri icra olunub.
Uzunluğu 1250 metr, ortalama eni isə 14 metr təşkil edən küçənin sözügedən hissəsi qəsəbənin yol infrastrukturu baxımından işlək küçələrindən hesab olunur və keçdiyi ərazi üzrə xüsusi əhəmiyyətə malikdir.