CƏMİYYƏT


Qarabağa doğru istiqaməti və məsafəni bildirən lövhələr quraşdırılır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, indiyə qədər magistral və respublika əhəmiyyətli avtomobil yollarında 26 ədəd bu cür lövhə yenilənib, 20 yeni lövhə quraşdırılıb. Qısa müddət ərzində daha 15 lövhənin yenilənməsi və 10 yeni lövhənin quraşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır