DÜNYA


“Crew Dragon” gəmisinin astronavtları Beynəlxalq Kosmik Stansiyaya keçib

Aprelin 24-də dörd astronavt “SpaceX” kompaniyasının idarəolunan “Crew Dragon” kosmik gəmisindən Beynəlxalq Kosmik Stansiyaya (BKS) keçib.
AZƏRTAC xəbər verir ki, astronavtların stansiyaya keçidi ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) saytında canlı yayımlanıb.“Crew Dragon” gəmisinin Beynəlxalq Kosmik Stansiyaya ikinci idarəolunan uçuşunun heyətinə NASA-nın astronavtları Robert Şeyn Kimbro və Meqan Makartur, həmçinin Avropa Kosmik Agentliyinin fransalı astronavtı Toma Peske və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin astronavtı Akihiko Hoside daxildir. Onlar altı aya yaxın kosmik orbitdə qalacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır