Hindistanda 20 COVID-19 xəstəsi oksigen çatışmazlığı səbəbindən xəstəxanada ölüb
24.04.2021 [17:32]
Xəbərin mətni
Pandemiyanın 2-ci və daha ağır dalğasının yaşandığı Hindistanda COVID-19 infeksiyasına yoluxmaların, paralel olaraq ağır xəstələrin sayının sürətlə çoxalması xəstəxanalarda oksigen çatışmazlığına və bu səbəbdən ölüm hallarının artmasına gətirib çıxarıb.
AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, aprelin 23-də paytaxt Dehlidəki “Jaipur” xəstəxanasının reanimasiya şöbəsində müalicə alan pasiyentlər üçün dəstəkləyici oksigen çatışmazlığından 20 nəfər COVID-19 pasiyent həyatını itirib. Tibb ocağının müfəttişi yerli mediaya açıqlamasında ağır xəstələr üçün oksigen ehtiyatının azaldığını təsdiqləyib.