DÜNYA


Çində meşə yanğını ilə mübarizəyə 1000-dən çox insan cəlb olunub

Çinin Siçuan vilayətində meşə yanğını ilə mübarizəyə yanğınsöndürən, polis, mülki müdafiə qüvvələri daxil olmaqla 1000 nəfərdən çox insan cəlb olunub.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, vilayətin Lianşan prefekturasında aprelin 22-də dağlıq meşə sahəsində başlayan yanğın küləyin təsiri ilə geniş əraziyə yayılıb. Yanğınla mübarizədə xeyli texnika, o cümlədən helikopterlər də iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır