Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən erməni terrorunu əks etdirən videoçarx hazırlanıb

25.04.2021 [08:37]

Xəbərin mətni

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi ASALA və JCAG kimi erməni terror təşkilatları tərəfindən törədilən qətliamlara dair videoçarx hazırlayıb.
AZƏRTAC xəbər verir ki, videoçarxı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun öz rəsmi “Twitter” səhifəsində paylaşıb.