Bakıda hava yağmursuz keçəcək
26.04.2021 [13:56]
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, aprelin 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 10-13, gündüz 17-19 dərəcə isti olacaq.