SİYASƏT


Çernobıl fəlakətinin 35-ci ildönümü münasibətilə Kiyevdə anım tədbiri keçirilib

Çernobıl Fəlakətinin Beynəlxalq Anım Gününün 35-ci ildönümü münasibətilə Ukraynanın paytaxtı Kiyev şəhərində anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Çernobıl qurbanlarının xatirəsinə ucaldılan abidə önündə keçirilən mərasimdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova, səfirliyin diplomatları, hərbi attaşe aparatının rəhbəri İlqar Ağayev, Çernobıl qəzasının iştirakçısı, soydaşımız Şeyx Şakir Yəhyayev iştirak ediblər, səfirliyin adından Çenobıl fəlakəti qurbanlarının xatirəsinə ucaldılan abidə önünə əklil qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır