DÜNYA


Çinin Çindao şəhərində “Azərbaycan Ticarət Evi” açılıb

Azərbaycanın rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarının Çin bazarında satışının təşviqi məqsədilə bu ölkədə daha bir “Azərbaycan Ticarət Evi” fəaliyyətə başlayıb.AZƏRTAC xəbər verir ki, ticarət evi Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin dəstəyi ilə Çindao şəhərindəki “Çin-Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası”nda açılıb. Açılış mərasimində Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, ticarət nümayəndəsi Teymur Nadiroğlu, Çindao şəhər hökumətinin daimi komitəsinin üzvü, “Çin-ŞƏT iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası”nın rəhbəri Lyu Ciəncün və digər şəxslər iştirak ediblər.