İQTİSADİYYAT


Milli Referens Laboratoriyasında beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması, həmçinin karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 15 laboratoriya fəaliyyət göstərir və həmin laboratoriyalardan biri də Milli Referens Laboratoriyasıdır.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, Milli Referens Laboratoriyasında qida təhlükəsizliyi parametrləri üzrə qida və kənd təsərrüfatı məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini aparılır.