İQTİSADİYYAT


Azərbaycan məhsulları Çində beynəlxalq sərgidə nümayiş etdirilir

Çinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) beynəlxalq investisiya və ticarət sərgisi işə başlayıb.
AZƏRTAC xəbər verir ki, təşkilatın üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan dövlətlərin iştirak etdiyi tədbirdə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunur. Stenddə Azərbaycan istehsalı olan 50-dək qida və içki məhsulları nümayiş etdirilir. Bundan başqa, stendimizdə Azərbaycanın investisiya, nəqliyyat-tranzit və turizm potensialı da təqdim edilir.