İQTİSADİYYAT


Yenidən qurulan “Zığ Avtoparkı”nda 850 nəfər işlə təmin olunacaq

BNA-nın tələbi ilə qaraj infrastrukturu düzəlib, sayı 36-ya çatıb. Bunlardan 11-i standartlara uyğundur, onlardan 9-u dövlət, 2-si daşıyıcı şirkətlərə aiddir, digərlərinin yaxşılaşması üçün də işlər görülür. Yenidən qurulan “Zığ” qarajında 850 nəfər işlə təmin olunacaq.
Bu fikirləri Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli aprelin 28-də keçirdiyi mətbuat konfransında deyib.