Ötən il 429 avtobus sürücüsü daimi işlə təmin olunub
28.04.2021 [15:17]
Son 5 ildə Bakıda 4 236 avtobus sürücüsünə təlim keçirilib. Onlardan 1 668-i işə qəbul üçün namizədliyini verib, bunların isə təxminən 1 500-ü daimi işlə təmin olunub. O cümlədən 2020-ci ildə 612 sürücüyə təlim keçirilib, 429 nəfər daimi işlə təmin olunub.
Bu fikirləri Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli aprelin 28-də keçirdiyi mətbuat konfransında deyib.