Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərtütün ASK” MMC tərəfindən bu günədək şimal-qərb rayonlarında 146 hektar sahədə tütün əkilib

28.04.2021 [17:41]

Xəbərin mətni

“Azərtütün ASK” MMC tərəfindən 2021-ci ildə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 878 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək 129 fermerlə müqavilə bağlanılıb. Bir neçə gündür təsərrüfatlarda tütün əkininə başlanılıb.