İQTİSADİYYAT


Qaradağ rayonunda 6,5 kilometrlik küçə və yolda təmir-tikinti işləri aparılır

Bakı şəhəri və onun qəsəbələrinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, torpaq əsaslı, çınqıl örtüklü və ümumi istifadədə olan, sərnişin avtobuslarının hərəkət etdiyi, sosial obyektlərin yerləşdiyi küçə və yollarında yeni yol infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində görülən bu işlər 2021-ci ilin İnvestisiya Proqramına uyğun olaraq Qaradağ rayonunda da aparılır.